Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güney Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı təqdimat keçirilib

Güney Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı təqdimat keçirilib


Bu gün Bütöv Azərbaycan Ocaqlarının (BAO) ofisində Güney Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı təqdimat konfransı keçirilib. Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BAO başqanı Zahir Əlisoy bildirib ki, Güney Azərbaycan Koordinasiya Mərkəzi yeddi təşkilatın təşəbbüsü ilə yaradılıb: 1. BAO, 2. Güney Azərbaycan Demokrat Partiyası (GADP), 3. Azərbaycan Milli Dirəniş Təşkilatı, 4. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı, 5. Azərbaycan Öyrənci Hərəkatı (AZOH), 6.Qaşqayı Azadlıq Yolu Partiyası (QAYI), 7. Türkmən Səhra Birlik Şurası.

Zahir Əlisoy bildirdi ki, tədbirdə yeddi təşkilatın dörd rəhbəri, o cümlədən Xorasan Milli Oyanış Hərəkatından şəxsi olaraq Əsgər Şəkiba iştirak edir.

BAO başqanına görə GAKM-ın yaradılmasında əsas məqsəd həm Güney Azərbaycan təşkilatlarını, həm də ilk dəfə olaraq Türkmən Səhra, Qaşqayı və Xorasan türklərinə aid qurumları vahid mərkəzdə birləşdirməkdir. Ona görə ilk dəfə Türkmən Səhra, Qaşqayı və Xorasan türklərinə aid qurumlar ümummilli dava da bir araya gəliblər.

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı başqanı Eldar Qaradağlı hazırkı dövrdə GAKM-ın yaradılmasının vacibliyini qeyd etdi. Onun sözlərinə görə, GAKM-ın yaradılması Güney Azərbaycanın istiqlalı yolunda mühüm hadisədir. Ona görə əsas məqsəd bütün Azərbaycan xalqının xoşbəxt yaşamasıdır. Ancaq bu gün güney Azərbaycan fəlakət yaşayır və bu fəlakət Quzey Azərbaycana da sıçramaqdadır.

Güney Azərbaycan Demokrat Partiyası (GADP) sözçüsü Mahmud Bilgin isə bildirdi ki, Güney Azərbaycanla bağlı belə bir Mərkəzin yaradılması həlledici mərhələyə daxil olmağımızla bağlıdır.

Azərbaycan Milli Dirəniş Təşkilatı sözçüsü Məcid Cavadi Araz GAKM-ın strateji prioritetlərindən bəhs etdi.

Xorasan Milli Oyanış Hərəkatından şəxsi olaraq Əsgər Şəkiba çıxış edərək bu milli hərəkatda Xorasan türklərinin kənarda qalmadığını bəyan etdi.

BAO başqanı Zahir Əlisoy bildirdi ki, GAKM-ın digər rəhbərləri, yəni Azərbaycan Öyrənci Hərəkatı (AZOH) sözçüsü Əmir Mərdani, Qaşqayı Azadlıq Yolu Partiyası (QAYI) sözçüsü Ruhulla Muradi, Türkmən Səhra Birlik Şurası sözçüsü Hacı Kərim Beygcani onlayn formada müraciətlərini göndəriblər və onlar mətbuata çatdırılacaq.

Daha sonra, konfransda Qadın Hüquqlarını müdafiə cəmiyyətinin sədr müavini Əntiqə Qurbanova, Güney Azərbaycan Konseyinin üzvü Limunət Əmrahlı, BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli və başqaları da çıxış ediblər.

Mehman
Xəbəri paylaş