Müsəlman dünyasının ən böyük problemi məzhəbçilikdir...
Məzhəbçilik Qurana, hədislərə, əxlaqa, dünyagörüşünə, həyata və insanlara, elmi həqiqətlərə məzhəbmərkəzli münasibətdir;
Məzhəbçilik kütlükdür, korluqdur, nifrətdir, qəzəbdir, dünya və axirətdə ziyan içərisində olmaqdır;
Məzhəbçilik müəyyən məzhəbi (həm də bütünlükdə) tabulaşdırmaqdır, vəhy və müqəddəs təlim bilmək, Allaha və peyğəmbərə aid etməkdir;
Məzhəbçilik insanı tanrılaşdırmaq, insan beyninin məhsulunu əbədi ilahi söz halına gətirməkdir;
Məzhəbçilik təhlükəli inanc formasıdır; məzhəbçilik özü unudub özgədə əriməkdir;
Məzhəbçilik islamın dini mətnlərində (ayə və hədislər) ictihada açıq məsələlərə fərqli prizmadan baxan digər nöqteyi-nəzərləri (ictihad faktları, fitvalar, məzhəblər) sərf-nəzər etmək, ancaq bir ictihadı haqlı saymaqdır;
Məzhəbçilik "ixtilaf" doğuran məsələlərdə fərqli fikirlərin olmağından bixəbərlikdir (elə Ramazan hilalının görünmə hadisəsinə fərqli yanaşmalardan bixəbərlik buna misaldır);
Məzhəbçilik başqa məzhəblərə yaşamaq haqqı tanımamaqdır;
Məzhəbçilik, ən əsası, məzhəbin nə olduğunu bilməməkdir...
Elvusal Məmmədov-AMEA-nın əməkdaşı