Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Akkuyu atom elektrik stansiyasına (AES) yanacağın çatdırılması mərasimində videokonfrans vasitəsilə iştirak edəcəklər.
Newscenter.az xəbər verir ki, “Akkuyu” Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimi gələn həftə baş tutacaq.
Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusunu alacaq.
Qeyd edək ki, AES İstanbulun 90 faizini enerji ilə təmin edə biləcək gücdədir. O, 60 il fəaliyyət göstərəcək. Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjsinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir.
Mehman