Qarabağla Ermənistanı birləşdirən Həkəri çayı üzərindəki körpü Azərbaycan tərəfindən nəzarətə götürüldü.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev verib. O bildirib ki, bu dəqiqələrdə Qarabağdakı separatçı qüvvələrin Xankəndi şəhərində "Təhlükəsizlik Şurasının" iclası keçirilir.
Qeyd edək ki, dünən Ermənistan istiqamətindən hərəkət edən bir neçə hərbi təyinatlı yük maşını Qarabağla Ermənistanı birləşdirən Həkəri çayı üzərindən Azərbaycan ərazisinə doğru hərəkət edib. Sonradan maşın karvanı geri qayıdıb.
Anar