Bir qrup naməlum şəxs Xartumdakı Sudanın ən qədim həbsxanası olan Kobara hücum edib.
Newscenter.az reporta istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində bir çox məhbus həbsxanadan qaça bilib.
Bundan əvvəl cəzaçəkmə müəssisəsinin yaxınlığında ordu ilə Sudanın xüsusi təyinatlıları arasında toqquşma baş verib. Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir və onun rejiminin bir çox funksioneri Kobar həbsxanasında cəza çəkirlər.
Nəşr bildirib ki, bütün siyasi məhbuslar həbsdə qalır. Oxşar şəkildə məhbusların bəziləri Xartumun cənubunda yerləşən Soba həbsxanasından qaçıblar.