Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın növbəti uğuru

Azərbaycanın növbəti uğuru


Daha bir tarixi günə şahidlik edirik. Bu gün, Laçın yolunun dövlət sərhəddi hissəsi 18.05.1992 ildən sonra, nəhayət bərpa edilərək Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. Erməni separatçılarının nəfəsliyi kimi bilinən bu məntəqə, Ermənistana və onun arxasında duran himayədarlarına ən sarsıdıcı zərbə hesab oluna bilər və hadisə Azərbaycanın növbəti uğurudur desək, yanılmarıq. Çünki, tam olaraq beynəlxalq hüquqa və normalara uyğun şəkildə atılan bu addım, uzun illərdir separatizmə məruz qalan ölkəmizə və suverenleyimizə qarşı təhdidlərin və təhlükələrin qarşısının alınması istiqamətində, ən vacib elementlərdən biri olaraq görülürdü.

Hərbiçilərimiz sərhəd buraxılış məntəqəsini Azərbaycan və Ermənistan sərhəddini ayıran Həkəri çayının üzərindəki körpünün Azərbaycan tərəfinə aid hissəsində qurublar və eynilə Ermənistan tərəfinin də öz ərazisində sərhəd buraxılış məntəqəsi qurması hadisəsi, bizə əsas verir ki deyək, qurulan məntəqələr iki ölkə arasında birgə atılan addımlardan hesab edilməlidir. Bundan sonrakı addım böyük ehtimalla Zəngəzur dəhlizinin reallaşması istiqamətində ola bilər və bu günkü Laçın yolu üzərində qurulan sərhəd buraxılış məntəqəsinin yaradılması hadisəsi, həmçinin iki ölkə arasında ciddi proseslərin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin yetişməsindən xəbər verir və bu istiqamətdə Abş və Avropa İttifaqı platformaları çərçivəsində qarşıya qoyulan ciddi tələblərin olması halı da istisna olmamalıdır.

Həqiqətən də son zamanlarda biz, ölkə olaraq, Azərbaycan hökumətinin addım addım hədəfə doğru, ölkəmizin maraqları çərçivəsində irəliləyişinin şahidi oluruq və bu da verilən vədlər və yürüdülən siyasətin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilməsi üçün düşünülmüş addımlardan hesab oluna bilər. Ermənilərin,, böyük ermənistan,, xülyaları Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən siyasəti qarşısında darmadağın olmaqdadır və separatizmə qulluq edən bu ideyalar, ölkəmizin yürütdüyü siyasətin qarşısında duruş gətirə bilmədi və məhv edilməkdədir. Məhz bu səbəbdən, Ölkə başçısı başda olmaqla, xalqımızı bu tarixi hadisədən dolayı təbrik etməyi özümə borc bilirəm. Qarabağ Azərbaycandır!

Çingiz Şahbazi-siyasi ekspert
Xəbəri paylaş