Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa həddini aşır

Fransa həddini aşır


Hörmətli izləyicilərim, məlum olduğu kimi şanlı Azərbaycan dövləti və Ordusu ötən gün Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quraraq ərazidə nəzarəti təmin edib. Bu tədbirlərin əsas məqsədlərindən biri, əlbəttə, Xankəndinə və Qarabağın digər ərazilərində gizlənmiş erməni terrorçularına silah-sursat daşınmasının qarşısını almaqdır. Dövlətimizin sərhəddə nəzarəti tam bərpa etməsi Zəfər salnaməsinin məntiqi davamı, milli iradəmizin polad əzmkarlığıdır. Ancaq, nədənsə bəzi ölkələr Azərbaycan dövlətinin bu sarsılmaz iradəsindən narahat olaraq ölkəmizə qarşı yenə də haqsız davranış sərgilməyə çalışır.

Bu xüsusatda Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq, legitim və suveren hüquqlarımıza qarşı hörmətsilzik kimi qiymətləndirilə bilər.

Bu mövqeyi ilə Fransa bir daha sübut edir ki, o bölgəfə sülhün təmin olunmasını istəmir, qan və savaş istəyir. Belə olmasaydı, Fransa Azərbaycanın dayanıqlı sülhə və təhlükəsizliyə xidmət edən sərhəd-buraxlış məntəqəsinin yaradılmasını alqışlayardı, bölgədə etimad mühitinin formalaşmasına yönəlik bu cür təşəbbüsləri dəstəkləyərdi.

Hazırda Azərbaycanın Ermənistanla sərhədyanı ərazilərində ölkəmizin razılığı olmadan yerləşdirilmiş Avropa İttifaqının missiyasına nəzarəti də Fransa edir, bu missiyanın gözləri qarşısında Ermənistanın son günlərdə törətdiyi təxribatları, Azərbaycan ərazilərində gizli minaların basdırılmasını da məhz Fransa idarə edir. Bütün bunlar Parisin əsil mahiyyətini təsvir edir.

Sözsüz ki, nə Fransanın, nə Rusiyanın, nə də ki, digər ölkələrin Azərbaycanın öz daxili sərhədlərində hansısa infrastrukturlar qurmaq, sərhəd-nəzarət sistemlərini möhkəmləndirmək və digər sərhədqoruyucu addımlarına fikir və rəy verməyə heç bir haqqı və hüquqi yoxdur.

Azərbaycanın öz daxili Konstitusyon təşəbbüslərinə və milli təhlükəsizlik doktrinasına uyğun olaraq istənilə vaxt və gündə öz sərhədlərində təxirəsalınmaz nəzarət tədbirləri görməsinə hansısa bir ölkənin irad bildirməsi həddini aşmaq, diplomatik siyasi etikanı tapdalamaqdır.

Azərbaycan beynəlxalq prinsip və normalar çərçivəsində bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurub və heç bir dövlətin daxili işlərinə qarışmır, ona görə də Fransa bu hərəkətini yığışdırmalı, siyasi əxlaqı aşmamalıdır.

Ann-Kler Lejandr utanmazcasına iddia edir ki, Azərbaycanın sərhəddə yeni təsisat yaratması 10 noyabr Üçtərəfli bəyanatına ziddir. Bu adam sərsəm fikirləri ilə özünü glünc vəziyyətə salır.

Üçtərəfli bəyanatın maddələrini pozan və ona əməl etməyən Ermənistandır, bəyanatda qeyd olunub ki, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmalı, bölgədə kommunikasiyalar açılmalı və Azərbaycasnın Naxçıvanla quru əlaqələri bərpa olunmalıdır. Bəyanatın tələblərinə qarşı çıxan İrəvandır, Fransa hökumətinin üzvləri bunu görmürsə, ermənilərdən heç bir fərqi yoxdur.

Rəsmi Paris onu da unutmamalıdır kiI, Azərbaycanın qurduğu sərhəd məntəqəsi bölgədə yaşayan ermənilərin təhlükəsizliyinə xidmət edir. Azərbaycanın post-patrul xidməti Laçın-Xankəndi yolunda hərəkət edən ermənilərin, eləcə də onların nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verəcək.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş