Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hayların "Miatsum" ideyaları fiaskoya uğramış oldu

Hayların "Miatsum" ideyaları fiaskoya uğramış oldu


"Ermənilər Azərbaycan torpaqları hesabına böyük Ermənistan dövləti yaratmaq ideyasını "Miatsum" adlandırırdılar. Laçın-Xankəndi yolunda, iki ölkə sərhəddinin başlanğıcında nəzarət buraxılış məntəqəsinin qurulması ilə hayların bu ideyaları da fiaskoya uğramış oldu".

Newscenter.az xəbər verir ki, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, nəzarət buraxılış məntəqəsinin qurulması çox əhəmiyyətli və tarixi hadisədir:

"Bu hadisə ölkə rəhbəri, cənab prezident İlham Əliyevin peşəkar xarici və hərbi siyasətinin nəticəsidir. Bilindiyi kimi Ermənistan rəhbərliyi Rusiya Sülhməramlı kontingentinin nəzarəti və dəstəyi ilə 10 Noyabr bəyanatının müddəalarını kobud şəkildə pozaraq Qarabağda olan qanunsuz silahlı birləşmələri silahlandıraraq ölkəmizə qarşı təxribatlar törətmək və bununla özləri üçün əlverişli siyasi mühüt formalaşdırmaq istəyirdilər. Lakin ötən ildən başlayaraq Azərbaycan dövlətinin eko fəallar vasitəsilə yumşaq güc tətbiq etməsi və bu prosesin məntiqi davamı kimi nəzarət buraxılış məntəqəsinin qurulması İrəvan və bu aspektdə onlara dəstək verən qüvvələrin planlarını alt-üst etdi . İndiki məqamda isə Xankəndində yaşayan separatçılar və Paşinyan hakimiyyətinin Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa seçim yolu yoxdur".

Anar
Xəbəri paylaş