Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirlər Kabinetinin icazəsi olmadan Kənd Təsərrüfatı Nazirliyi və AKİA necə subsidiya ayırıb?

Nazirlər Kabinetinin icazəsi olmadan Kənd Təsərrüfatı Nazirliyi və AKİA necə subsidiya ayırıb?


Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Şəmsi Əhmədov yeni təyin edilmiş nazir Məcnun Məmmədova ərizə ilə müraciət edib.

Newscenter.az-ın xəbərinə görə, müraciət müəllifi nazirin diqqətinə çatdırır ki, Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan “Azəraqrar” MMC əkin olmayan torpaqlara külli miqdarda subsidiya ayırıb. Şəmsi Əhmıdov Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyi müraciətə nazirliyin Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq elə bir halın olmadığını bildirib.

Müraciət müəllifi iddia edir ki, sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata ayrı-ayrı illərdə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılb:

“Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Azəraqrar” MMC-nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, 2020-ci ildə 550 hektar, 2021-ci ildə 700 hektar əkin bəyan edilərək subsidiya alınıb. Bu illər ərzində həmin ərazidə “Azəraqrar” MMC-nin pambıq əkini 550 hektar olub. Ancaq “Azəraqrar” MMC-nin hər iki ildə tədarük məntəqələrinə 1 kiloqram olsun məhsul tədarükü barədə məlumat yoxdur. Amma “Azəraqrar” MMC- nin ərazisində müqavilə ilə icarə əsasında hər hektarı 100 manata pambıq əkən “P-AQRO” MMC-nin aqronomu Azər Teymurovun məhsuldarlığı hər hektardan 55 sentner olub”.

Müraciət müəllifi yazır ki, “Azəraqrar” MMC-nin 100 hektar icarə ilə yer verdiyi “P-AQRO” MMC-nin direktorunun qardaşı Namiz Həsənov isə cəmi 440ton pambıq verib:

“Həmin ərazidə orta məhsuldarlıq 50 sentner olduğunu nəzərə alsaq, “Azəraqrar” MMC-nin istehsal etdiyi xam pambıq 2700 ton olub. “P-AQRO” MMC-nin Ucarda emal zavodunun olduğunu bilməyən yoxdur. Əgər həmin pambıq orada emal edilib satılıbsa, bu 2700000 dollar, və ya 4.6 milyon manat emaldan əldə olan lifin pulu edir. Bu məsələyə nə üçün baxan yoxdur?”.

Şəmsi Əhmədov daha sonra qeyd edir ki, örüş torpaqlarında əkilən pambıqlara əkin subsidiyası Kənd Təsərrüfatı Nazirliyinin vəsadəti və adlı siyashı ilə Nazirlər Kabineti tərəfindən ayrılır. Bu örüş torpaqlarında əkilən pambıq sahələrinə nazirlik və AKİA birbaşa Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayırıb. O cümlədən, öz aqronomları Azər Teymurova da örüş sahəsinə birbaşa subsidiya ayrılıb. Çox maraqlıdır ki, həmin bəyan olunmuş əkinlərə nə aqrokimyəvi analiz, nə də aqrar sığorta olmadan subsidiya verilib”.

Müraciət müəllifi nazirdən bu məsələlərə aydınlıq gətirilməsini xahiş edir.

P.S.Yazıda adı keçən qurumlar və şəxslərin də mövqeyini dərc etməyə hazırıq

Natiq
Xəbəri paylaş