Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Samuxda oğurluq edən şəxslərdə narkotik aşkarlanıb

Samuxda oğurluq edən şəxslərdə narkotik aşkarlanıb


Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxslərdə narkotik maddə aşkarlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat zamanı rayonun Qarayeri qəsəbəsindəki evlərin birinə qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 1400 manat olan müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Həsənov və Cavid Xəlilov maddi sübutlarla birlikdə saxlanılıb.

Polis Şöbəsində həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan metamfetamin aşkarlanıb.

Samux Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Mehman
Xəbəri paylaş