Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika və Fransa indiki qədər işğal dövründə fəal olsalar daha çox etimad qazanardılar -ÖZƏL

Amerika və Fransa indiki qədər işğal dövründə fəal olsalar daha çox etimad qazanardılar


"Birləşmiş Ştatlar və Fransa Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu ötən 30 ilə yaxın müddətdə indikindən daha fəal olub problemin həlli istiqamətində diplomatik aktivlik göstərsəydilər daha çox etimad qazanardılar. İndiki halda isə onların Azərbaycanın daxili işlərinə müdaxiləsi beynəlxalq hüquq və prinsiplərin pozulmasından başqa bir şey deyil".

Bu fikirlər"Xəbər Mərkəzi" Analitik Qrupun ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın nəzarət buraxılış məntəqəsi yaratmasına etiraz olaraq yaydıqları açıqlamaya münasibətində yer alıb. Analitik Qrupdan Newscenter-az-a bildirilib ki, Azərbaycan heç bir qanunsuz addım atmayıb və öz ərazisində nəzarət buraxılış məntəqəsi yaratması rəsmi Bakının doğal haqqıdır:

"Yaxşı olardı ki, Birləşmiş Ştatların Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyi Ermənistanı sülh müqaviləsi imzalamağa təhrik etmək kimi daha səmərəli işlə məşğul olsunlar".

Analitik Qrup bildirir ki, Dövlət Departamentinin məlum açıqlaması bu qurumun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq istiqamətində ortaya qoyduğu diplomatik fəaliyyətə tərs mütənasibdir.

Mehman
Xəbəri paylaş