"Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynamağa başlayır".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın ayrı-ayrı ölkələrindən səfərə dəvət edilməsinə münasibət bildirərkən səsləndirib.
Politoloq deyib ki, Azərbaycan Avropa ilə tək enerji sektorunda deyil, Ələt iqtisadi zonasında qeyri-neft sektorunda da əməkdaşlıqda maraqlıdır. Azər Qasımovun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Bolqarıstana səfəri zamanı sözügedən məsələnin müzakirə olunacağı mütləqdir:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak etdiyi kimi Avropanın da Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini müdafiə etməyində maraqlıdır. Proseslər bu istiqamətdə uğurla davam edir. Azərbaycan Avropanın ölkələri ilə tək-tək işləməklə onları öz haqlı mövqeyinə inandırır ki, Bolqarıstan da belə ölkələrdəndir".
Anar