Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bəlli hədəflərə doğru irəliləyir

Azərbaycan  bəlli hədəflərə doğru irəliləyir


Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi təkcə Ermənistan üzərində yox,onun havadarları,ona açıq və güzli dəstək verənlər,Azərbaycana qarşı riyakar mövqe nümayiş etdirən bədxahlarımız üzərində də şanlı qələbə oldu. Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradıb. Ölkəmiz həmin hədəflərə doğru irəliləyir...

Azərbaycan Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir. Müharibədən keçən qısa bir zaman kəsiyində İşğaldan azad olunmuş ərazilərdə xeyli iş görülüb.Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini genişləndirməkdən və əbədiləşdirməkdən ötrü öz doğma torpaqlarından köçkün düşən insanların ata-baba torpaqlarına qayıdışı prosesi başlayıb.Çoxşaxəli quruculuq işləri gündən-günə genişlənir.Bu yöndə görülən işlərin bir hissəsi Azərbaycan Prezidentinin Salyan şəhərinə səfəri zamanı AzTV-yə verdiyi müsahiədə öz əksini tapıb:Artıq iki yaşayış məntəqəsində- Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır.Bu kəndlərin timsalında bütövlükdə işğaldan azad edilmuş ərazilərimizin gələcək simasınının necə olacağı xeyli dərəcədə öz əksini tapır. Geniş şəkildə İnfrastruktur layihələri,dəmir yolları, avtomobil yolları, elektrik enerjisi,qaz, su təchizatı, meliorativ tədbirlərlə bağlı layihələr həyata keçirilib və bu işlər davam edir.

Füzuli və Zəngilan hava limanları artıq fəaliyyətdədir, Laçın hava limanının inşası davam edir.Həmin hava limanlarının mühüm hərbi əhəmiyyəti var. Eyni zamanda sərnişin və yükdaşımalarına müsbəttəsir göstərəcək. Hava limanlarının bölgə turizminə faydaları da böyük olacaq. Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar.Nəzərdə tutulan planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcək. İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi inşa edilir. İkinci böyük yaşayış kompleksinin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası hazırlanmış planlar üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər tikilir və əsaslı şəkildə təmir edilir.

İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkəmizin ən abad guşələrindən birinə çevrilməsi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün Azərbaycan zəruri işlər kompleksini həyat keçirir, hərbi qüdrətini davamlı olaraq artırır və eyni zamanda həm də Ermənistanla qarşıdurmaya son qoyulması üçün bir sıra digər işlər görür.Onların arasında Azərbaycanla Ermənistan arasında qeyri-müəyyən vəziyyətə son qoymaqdan ötrü iki ölkə arasında sülh müqaviləsinin imzalansının sürətləndirilməsi məsələsi xüsusi yer tutur.Azərbaycanın irəli sürdüyü 5 məlum prinsip əsasında sülh müqaviləsinin imzalanması 44 günlük müharibədəki məğlubiyyətdən sonra düşdüyü ağır,mürəkkəb və qeyri-müəyyən vəziyyətdən heç cür qurtula bilməyən Ermənistanın bəlli perspektivləri olan normal inkişaf yoluna çıxması üçün ilk növbədə onun özünə lazımdır.Eyni zamanda Ermənistan özü fərqində olmalııdr ki, Qarabağdakı erməni silahlı birləşmələri bölgədəki sülh üçün ciddi təhdiddir.Xankəndinə müxtəlif yollarla siah-sursat daşınmasının da heç bir perspektivi yoxdur və partlayası olsa,Ermənistanın və onun havadarlarınının özlərinin ziyanına partlayacaq. Ona görə də separatçılar ya Azərbaycan Bayrağı altında yaşayamağı qəbul etməli, ya da ki, Azərbaycan torpaqlarından çıxıb getməlidir. İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr də bilməliidr ki,bu məsələ Azərbaycanın dediyi kimi olacaq.Bu gün işğaldan azad edilmiş Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada və yüzlərlə kənddə dalğalanan Azərbaycan Bayrağı Xankəndində və digər yerlərdə də dalğalacaq,inşallah!!!

Əli Məsimli-Milli Məclisin deputatı
Xəbəri paylaş