Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Bolqarıstan arasında əlaqələr strateji xarakter daşıyır -ÖZƏL

Azərbaycan-Bolqarıstan arasında əlaqələr strateji xarakter daşıyır


"Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri son dövrlər tez-tez baş tutan səfərlərdəndir. Bu da onu göstərir ki, Azərbaycan-Bolqarıstan arasında əlaqələr strateji xarakter daşıyır".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Bolqarıstan Azərbaycan qazının Avropaya daşınmasında Yunanıstanla bərabər əhəmiyyətli ölkələr sırasında yer alır:

"Qardaş Türkiyəyə daşınan Azərbaycan qazının Aİ-na gedən yolda Yunanıstanla bərabər Bolqarıstan da başlanğıc ölkələrdən biridir. Azərbaycan qazı bu ölkələrdən digər Avropa ölkələrinə daşınır və bu proses getdikcə daha da aktual xarakter alır".

Politoloq deyib ki, Azərbaycan Aİ-nın energi təminatında getdikcə daha çox rol alır:

"Rusiyanın Avropa ilə əlaqələrinin gərginləşməsindən sonra isə bu proses həyatı əhəmiyyət kəsb edir".

Mehman
Xəbəri paylaş