Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mərhələ-mərhələ qarşısına qoyduğu hədəflərə nail olur -ÖZƏL

Azərbaycan mərhələ-mərhələ qarşısına qoyduğu hədəflərə nail olur


“Azərbaycan mərhələ-mərhələ qarşısına qoyduğu hədəflərə, öz ərazi bütövlüyünün bərpasına nail olur. Həftə sonu Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nəzarət buraxılış məntəqəsinin yaradılması bunun əyani sübutudur”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, sözügedən ərazidə nəzarət buraxılış məntəqəsinin quraşdırılması 44 günlük Vətən müharibəsindən sonra atmış olduğumuz daha bir uğurlu addımdır:

“Azərbaycan müstəqil bir respublika olduğu üçün digər ölkələr kimi onun da qonşuları ilə nəzarət buraxılış məntəqələri olmalıdır. Həmçinin, sonrakı mərhələdə Ermənistanla sərhəddə gömrük postlarımız da olmalıdır. Bu sırf Azərbaycanın hüquqi haqqıdır və kimsənin buna etiraz etməyə, Azərbaycanı nədəsə günahlandırmağa əsla haqqı yoxdur”.

Arzuman Muradlı onu da qeyd edib ki, gec-tez sərhəddə nəzarət buraxılış məntəqlərinin qurşadırılması olmalı idi:

“Sadəcə Rusiya sülhməramlılarının öz missiyalarını layiqincə yerinə yetirməmələri və Qarabağ separatçılarına silah-sursat daşınmasına göz yumulması, Xankəndinə baş tutan qeyri-qanuni səfərlər Azərbaycanı bu istiqamətdə daha tez addım atmasına məcbur etdi. Dəfələrlə, hətta dövlət başçısı səviyyəsində xəbərdarlıqlar edildi ki, sülhməramlılar üzərilərinə düşən vəzifəni yerinə yetirsinlər. Ancaq təəssüflər olsun ki, rəsmi Bakının xəbədarlıqlarını nə Ermənistan, nə Rusiya “sülhməramlıları”, nə də separatçılar ciddiyə aldı. Ancaq unutdular ki, Azərbaycanın səbr kasası daşır və Cənab Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmaq vacibdir”.

Mehman
Xəbəri paylaş