Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün kimdənsə icazə almaq kimi bir öhdəliyi yoxdur -ÖZƏL

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün kimdənsə icazə almaq kimi bir öhdəliyi yoxdur


ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə bağlı addımına qarşı çıxmaları əslində beynəlxalq hüququn norma və prinsipləri xaricində yer almaqdadır.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün kimdənsə icazə almaq kimi bir öhdəliyi yoxdur və ölkənin təhlükəsizliyini təmin etmək üçün, yaradılan sərhəd buraxılış məntəqəsi ölkəmizin hüdudları çərçivəsində həyata keçirilən, tam olaraq beynəlxalq hüquqa cavab verən addım olaraq hesab edilməlidir:

"Vaşinqton və Parisin nə deməsindən asılı olmayaraq, rəsmi Bakı Azərbaycan dövlətinin qanunları, onun BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş ərazilərində həyata keçirilməsi məqsədilə lazım olan bütün addımları atmaq hüququna malikdir və ölkə rəhbərliyi bu istiqamətdə lazımi səviyyədə tədbirlər həyata keçirmişdir:

"ABŞ və Fransanın bu kimi əsassız münasibətlərində sözsüz ki, heç bir hüquqi əsas yoxdur və bunu Ermənistan tərəfini sözdə sakitləşdirmək üçün bir vasitə hesab etmək olar. Belə bəyanatlar ölkəmizin Qarabağ məsələsində apardığı siyasətə təsir edə bilməz və əldə olunan nəticələrə heç bir təsir göstərə bilməyəcəkdir".

Anar
Xəbəri paylaş