"Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəmizin quraşdırılması Azərbaycanın öz ərazisində qayda-qanun yaratmasına xidmət edir, başqa burada heç bir məqsəd ola bilməz. Ermənilər bunu elə təqdim edirlər ki, guya bu onlara Qarabağa rahat giriş-çıxışına mane olacaq və dünyaya car çəkirlər bununla bağlı. Halbu ki, biraz dərindən düşünsələr görərlər ki, bu addım elə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi baxımından da çox önəmlidir".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, dövlətin işi sərhədlərə nəzarət etmək və terrorçuların, qanunsuzluqların qarşısını almaqdır:
"Azərbaycan hökuməti hələ çox şans verdi ki, bəlkə ermənilər onlara verilən şansdan doğru düzgün yararlana, reinteqrasiya prosesinə qoşulalar. Lakin görünən odur ki, burada iki məsələ var. Ya Qarabağ erməniləri orada hələ də qalmaqda olan seperataçı dəstələrin qorxusundan bu prosesə qoşulmur, ya da ki, Azərbaycanın tərkibində yaşamaq istəmir. Elə isə, yol açıqdır, seçimlərini etsinlər".
Vüqar Əhmədov qeyd edib ki, Azərbaycan özü Qarabağda yaşayan ermənilərin həyat və təhlükəsizliyini təmin etməyə hazırdı:
"Orada hansısa üçüncü qanunsuz qüvvənin at oynatmasına imkan verə bilməz. İndi Laçın yolunun keşiyini həm rəsmi Azərbaycan sərhədçiləri, həm də ictimai fəallar qoruyur. Odur k, bütün bu tədbirlər yalnız sülhə, qanunçuluğa və əmin-amanlığa xidmət edir. Ermənilər istəyir getsinlər öz ərazilərində qanunsuzluqlar törətsinlər, Azərbaycan dövləti belə məsələlərə göz yuma bilməz. Necə ki, Azərbaycanın digər ərazilərində sabitlik var, Qarabağ da elə olmalıdır. Biz imkan verə bilmərik ki, bizim ərazilərdə özbaşınalıq baş alıb getsin".
Anar