Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Bolqarıstan səfəri iqtisadi sahədə əlaqələrə yeni rəng qatacaq -ÖZƏL

Prezidentin Bolqarıstan səfəri iqtisadi sahədə əlaqələrə yeni rəng qatacaq


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan səfəri iki ölkə arasında iqtisadi sahədə əlaqələrin inkişafına təkan verəcək və bu əlaqələrə yeni bir rəng qatacaq".

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, rəsmi Bakı ilə Sofiya arasında xüsusilə neft sektoru sahəsində səmərəli əməkdaşlıq mühiti mövcuddur;

"Bolqarıstan Azərbaycan qazının əsas alıcılarından biridir. Bakı və Sofiyanın iştirakçısı olduğu bir sıra regional və qlobal əhəmiyyətli layihələr var ki, həmin layihələr də bilavasitə enerji və neft sektorunu əhatə edir".

Mərkəz hesab edir ki, Azərbaycan prezidentinin Bolqarıstan səfəri iki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlıq üçün də yeni imkanlar açacaq..

Mehman
Xəbəri paylaş