Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm siyasi gediş -ÖZƏL

Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm siyasi gediş


"Azərbaycanın 23 aprel tarixində Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurması regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm siyasi gediş oldu".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, 10 Noyabr bəyanatına əsasən Ermənistan tərəfi tez bir zamanda öz canlı qüvvəsi və texnikasını Azərbaycan ərazilərindən çıratmalı idi:

"Lakin rəsmi İrəvan digər mövzularda olduğu kimi bu istiqamətdə də qeyri-konstruktiv siyasət həyata keçirməklə gərginliyi artırmaqda davam edirdi. Rəsmi İrəvandan fərqli olaraq ölkəmiz məlum bəyanata əsasən Qarabağda yaşayan ermənilərin Ermənistanla olan gediş-gəlişini asanlaşdırılması üçün Laçın rayonundan keçməklə Ermənistana yeni yolun çəkilməsini planda tutulmuş vaxtdan tez yekunlaşdırmaqla üzərinə düşən öhdəliyi yerinə yetirdi. Ancaq Paşinyan rəhbərliyindəki Ermənistan dövləti Azərbaycanın xoşməramlı niyyətindən faydalanaraq klassik erməni xislətinə yaraşan tərzdə addımlar atdı və qeyri-qanuni silahlı dəstələri silahlandırmağa davam etdi. Təbii ki, Azərbaycan hökuməti düşmənin atdığı hər addımdan xəbərdar idi, hadisələrin bu şəkildə davam etməsinə seyirci qala bilməzdi və bu proses nəzarət-buraxılış məntəqəsinin qurulması ilə yekunlaşdı".

AVP rəsmisi qeyd edib ki, ölkəmizin bu addımı Ermənistan və onlara havadarlıq edən dövlətlər tərəfindən birmənalı qarşılanmadı:

"Məlum hadisəyə ilk reaksiya verən dövlətlərdən biri Fransa oldu. Rəsmi Paris ənənəvi siyasi yanaşmasına sadiq qalaraq Azərbaycanı günahladırnağa başladı. Eyni yanaşmanı ABŞ- da nümayiş etdirdi. Vaşinqtonunun İrəvandakı səfiri Kristina Kuinn ermənilərin maraqlarını müdafiə edəcək şəkildə açıqlama verərək bu addımın sülh prosesini pozduğunu bildirdi. İlk öncə onu qeyd etmək lazımdır ki, nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren və legitim hüququdur və bu istiqamətdə ölkəmizə yönəlik istənilən mənfi çıxışların, bəyanatların heç bir hüquqi əsası yoxdur. Yəni hadisələrin bu şəkildə inkişaf etməsinin səbəbkarlarından biri Ermənistan idisə, digərləri də məhz Fransa, ABŞ, Rusiya kimi dövlətlərdir. Onlar rəsmi İrəvana sülh danışıqları istiqamətində təzyiqlər etsəydilər, proses bu məcrada davam etməzdi. Ancaq bilinən bir reallıq var ki, Ermənistana dəstək olan istənilən ölkə öz dəstəyini sadəcə maraqları sərhəddində həyata keçirir. Bu belə olmasaydı əgər qarşımızda zəif, xarici ianələrdən aslı, dominon bir dövlətdən fərqli ölkə olardı".

Mehman
Xəbəri paylaş