Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sudanda ölü sayı 500-ə yaxınlaşır, atəşkəsə əməl edilmir -ÖZƏL

Sudanda ölü sayı 500-ə yaxınlaşır, atəşkəsə əməl edilmir


Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən silahlı qarşıdurma nəticəsində həlak olanlıarın sayı 500-ə yaxınlaşır.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı belə bir açıqlama ilə çıxış edib. Açıqlamada bildirilir ki, rəsmi rəqəmlərə əsasən silahlı qarşıdurma baş verəndən bu günə qədər Sudanda 459 nəfər həlak olub. Bundan başqa 72 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

ÜST dünəndən 72 saatlıq atəşkəs razılaşmanın əldə edildiyini bildirsə də, lakin hələ də paytaxt Xartumda silah səslərinin eşidildiyini vurğulayır.

Mehman
Xəbəri paylaş