Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə gücləndikcə təbii fəlakətlərə hazrılığı və reaksiya qabiliyyəti daha da artacaq-FƏXRƏDDİN ALTUN -ÖZƏL

Türkiyə gücləndikcə təbii fəlakətlərə hazrılığı və reaksiya qabiliyyəti daha da artacaq-FƏXRƏDDİN ALTUN


“Türkiyə gücləndikcə, onun təbii fəlakətlərə hazırlığı və reaksiya qabiliyyəti daha da artacaq”.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun səsləndirib.

“Hazırlıq, Müdaxilə və Bərpa” mövzusu altında keçirilən “Stratcom Fəlakət Rabitə Forumu”nda çıxışı zamanı Fəxrəddin Altun 6 fevral dağıdıcı zəlzələsi barədə danışıb. Dövlətin ilk andan bütün imkanları və koordinasiya şəkilində zəlzələ bölgəsindəki vətəndaşların yanında olduğunu ifadə edən Altun, soyuq qış və qarlı havaya baxmayaraq, ilk andan axtarış-xilasetmədən tutmuş sığınacağa qədər bütün ehtiyacların qarşılanmağa çalışıldığını və böyük səylə qarşılandığını deyib:

Tez bir zamanda bölgəyə yönləndirilən 35 min 250 axtarış-xilasetmə personalının fövqəlbəşəri səyləri nəticəsində 100 mindən çox insanın dağıntılar altından xilas edildiyini bildirən Altun, 275 mindən çox şəxsi heyətin digər işlərdə gecə-gündüz sahədə çalışdığını bildirib.

Mehman
Xəbəri paylaş