"Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT-nin Təhlükısizlik Şurasının toplantısına sədrlik etməsi ikiüzlülük və demokratiyanın alçaldılmasıdır".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak səsləndirib.
Podolyok "Lavrovun BMT TŞ-yə sədrliyi riyakarlıqdır. Onun BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, müharibəni, qırğınları və dağıntıları qanuniləşdirmək deməkdir” deyə vurğulayıb. Ukrayna rəsmisi hesab edir ki, Rusiya terrorun sponsoru elan edilməli və hər yerdən qovulmalıdır.
Qeyd edək ki, aprelin 1-dən Rusiya BMT TŞ-yə, aprelin 24-25-dən isə Lavrov BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edir.
Mehman