Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ASALA-Şah İranı və türk diplomatlarının qətli

ASALA-Şah İranı və türk diplomatlarının qətli


Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılması ciddi ciddi məğlub olan ermənilərin son çırpıntılarıdır. Yenə bu cürə addımlar ataraq xox gəldi etmək istəyirlər. Amma unudurlar ki, dövr həminki deyil, zaman həminki deyil. Artıq dünyada güclü Azərbaycan və Türkiyə kəşfiyyatı var və bundan əlavə 44 günlük müharibədə onları tarixdən silmək gücünü göstərən Azərbaycan ordusu var.

“Nemezis” barədə geniş müsahibəm çıxacaq bu günlərdə, ancaq bir faktı yazmağı özümə borc bildim. Azərbaycan və Türkiyəyə qarşı Daşnaksütyunun bu terror əməliyyatında Rusiya, Amerika, Fransa, Almaniya adı çəkilir. Lakin heç kimin yazmadığı bir konkret dövlət var idi, bu terrora birbaşa dəstəyi var idi. “Nemezis” əməliyyatı zamanı onlara silah və maddi yardım edən, sonradan yaranan ASALA-ya birbaşa dəstəyi verən Şah İranı və sonradan orda hakmiyyətə gələn İran İslam Respublikası.

İran İslam Respublikası və İranda molla rejimini quran Xomeyninin ASALA ilə bağlığı barədə https://axar.az/news/kult/690140.html yazım var. Hyland özünün (Francis P Hyland, Armenian Terrorism, The Past, The Present, The Prospects, 1991.) Erməni terrorizmi kitabında yazır ki, ASALA rəhbərlərindən biri Parisdə Xomeyni əleyhdarı biri ilə müzakirəsi zamanı ona deyir ki, “Xomeyni sizin üçün Yəhuda ola bilər ancaq o bizim üçün Müqəddəs Ruh kimidir, çünki bizə pul və silah verir”.Məncə bu cümlə bəs edər münasibətlərin hansı səviyyədə olmasına.

İndi isə Şah İranının ASALAya Türk diplomatlarını qətl edilməsində necə dəstək verib onu yazacam.

27 yanvar 1973-cü ildə erməni terror təşkilatı Asala Los Ancelesdə iki türk diplomatı qətlə yetirmişdi. Türkiyənin Los-Ancelesdəki Baş Konsulu Mehmet Baydarı və Konsulu Bahadır Demiri qətl edən 78 yaşlı Gourgen Mıgırdıç Yanıkyan idi. Rusiya və İranda yaşayıb, sonra isə Amerikaya köçmüşdü. Köçmüşdü deyəndə məhz onu Şah İranının xüsusi xidmət orqanları yetişdirib yola salmışdı. O zaman Türkiyə-Amerika yaxınlaşması prosesi gedirdi və İrana bu sərf etmirdi. Regionda Amerikanın ondan başqa heç kimlə əməkdaşlıq etməməsi üçün Şah istənilən addım atmağa hazır idi. Məhz Türk diplomatlarını qətl edib Amerika-Türkiyə münasibətlərinin pozulması planı Tehranda hazırlanmışdır və bunun üçün ASALA rəsmiləri saraya dəvət almışdır. Əslində seçim başqası üzərində olmalı idi, gənc bir erməni seçilməli idi. Lakin 78 yaşlı Gourgen Mıgırdıç Yanıkyanın seçilməsinin iki səbəbi var idi.

1) Guya Gurgen 1915-ci il hadisələrini görüb
2) Erməni gənclərini terror təşkilatlarına cəlb etmək üçün yaşlı ermənin bu addım atması onlara təkan verəcək idi.

İran diplomatik pasportu bu şəxsə verilir və onu Amerikaya yola salırlar. Gedən zaman isə ona bir rəsm əsəri təqdim edilir. Onu tarixi əşya kimi təyyarəyə qoyurlar və üstünə də yazılır “Sultan Əbdülhəmidin sarayından oğurlanmış qədim rəsm əsəri”
Gurgen Amerikaya çatır, burda bir müddət qalır və sonra Türk səfirliyində olan hər kəs barədə ona siyahı təqdim edirlər, üstlərində nömrələri. Bu ilk olaraq türk diplomat Baydara zəng edir və ona deyir ki, Osmanlı sultanının sarayından oğurlanan rəsm əsərini geri qaytarmaq istəyir. Onu Santa-Barbara Otelinə çağırır. Özünü ilkin olaraq iranlı kimi göstərir və yemək zamanı iranlı deyil, erməni olduğunu deyir. Bundan sonra aralarında yaranan mübahisə zamanı Yanıkyan kitabın içini oyaraq ora yerləşdirdiyi silahını götürərək hər iki türk diplomatını güllələyir. Diplomatların ölmədiyini görəndə isə siyirmədə saxladığı digər silahını çıxararaq hər ikisini başından vuraraq oradaca öldürür. Yanıkyan türk diplomatlarla görüşə getməmişdən əvvəl ermənidilli bir qəzetə məktub yazaraq “erməniləri türk diplomatlara qarşı müharibəyə səsləyir.”

Yanıkyanın öz məhkəməsini Türkiyə hökümətini 1915 hadisələrinə görə ittiham etmə məkanına çevirməyə etdiyi cəhd uğursuz olsa da, proses özü sadəcə Kaliforniya erməniləri arasında deyil, bütün diasporada şiddətəmeyilli millətçiliyi stimullaşdırır. Araşdırma nəticəsində məhkəmə Yanıkyanın bu əməli özbaşına törətdiyi qənaətinə gəlsə də, onun bu əməli Türkiyə diplomatlarına qarşı sui-qəsdlər üçün bir model və ilham mənbəyi oldu.

Beləcə İran istədiyinə çatır, Türkiyə-Amerika münasibətləri bir müddət dondurulur.

Dosent Zaur Əliyev
Xəbəri paylaş