Avropa İttifaqı ölkələrində istehlakçıların istifadə etdiyi 100 kilovat-saat elektrik enerjisinin qiyməti 28,4 avro ilə rekord səviyyəyə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumat Avropa Birliyinin Avropa Statistika İdarəsinin hesabatında əksini tapıb. Hesabatda bildirilib ki, qeyd olunan göstərici 2022-ci ilin ikinci yarısını əhatə edib. 2021-ci ilin müvafiq dövründə isə bu göstərici 100 kilovat-saat elektrik enerjisinə görə 23,5 avro dəyərində olub. Ən ciddi qiymət artımı Rumıniya, Çexiya və Danimarkada olub.
Hesabatda qeyd edilən müddətdə təbii qazın qiymətinin də artdığı bildirilir. Belə ki, qoca qitədə hər 100 kubmetr qaza görə orta qiymət 11,4 avro hesablanıb.
Natiq