"Azərbaycan Qarabağda öz reallığını hər kəsə diktə etdi. Artıq buna qarşı kimlərinsə öz reallığını yaratmaq cəhdi əbəsdir və mənasızdır".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bu, prosesin sonuna bir addım qaldığının göstəricisidir:
"Nə Rusiyanın, nə də Ermənistanın bu reallığa qarşı addım atması mümkünsüzdür".
Azər Qasımov hesab edir ki, Qarabağ separatçılarının isə təxribat törətmək planları olsa belə, bunun öz ömürlərini daha tez qısaldacağı reallığından başqa bir şey olmadığı da gün kimi aydındır:
"Təxribat edib nə əldə edə biləcəkləri sualını yəqin ki, onlar özlərinə verirlər. Mühasirə şəraitində hansı ordu nə əldə edə bilibsə, onu əldə edəcəklər. Bu da məhv edilmək olduğunu deməyə ehtiyac yoxdur, həm də erməni ordusu kimi fərari bir ordunun".
Anar