Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda marketdə seyfdən 2 min manat pul oğurlanıb

Bakıda marketdə seyfdən 2 min manat pul oğurlanıb


Bakıda marketdə seyfdən 2 min manat pul oğurlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birindəki seyfdən 2 min manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Daşqın Məmmədov müəyyən olunaraq saxlanılıb.

Xəzər RPİ-də araşdırma aparılır.

Mehman
Xəbəri paylaş