Cari ilin birinci rübünün statistik göstəricilərinə nəzər yetirdikdə aydın olur ki, ölkə iqtisadiyyatı dinamik templə inkişaf etməkdədir. Bütün sahələrdə əldə edilən uğurlar, ümumən ölkə iqtisadiyyatının hərtərəfli inkişafına zəmin yaradır. Elə Azərbaycan Beynəlxalq Maarif Məktəbləri İctimai Birliyinin təmsilçisi Leyla Əliyeva da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Leyla Əliyeva deyib ki, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir:
"Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir".
Onun sözlərinə görə. Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır.
Natiq