“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə müharibə iştirakçıları və onların ailə üzvlərinin rifah halının yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzində olan məsələlər sırasındadır. Müntəzəm olaraq dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan sərəncamlar qeyd edilən təbəqəni təmsil edən vətəndaşlarımız tərəfindən müsbət qarşılanır, təqdir edilir”.
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, Azərbaycan prezidenti İlham Əliyevin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncamı da buna əyani sübutdur:
“Dövlət başçısı bütün həssas təbəqədən olan insanlar kimi İkinci Dünya Mhüaribəsi içtirakçıları və onların ailə üzvlərini daim diqqət mərkəzində saxlayır. Hər il İkinci Dünya Müharibəsinin ildönümündə müvafiq sərəncamlar imzalayaraq onlara birdəfəlik maddi yardım ayırır. Bu da öz-özlüyündə həm müharibə veteranları, İkinci Dünya Müharibəsi iştirakçılarına olan diqqət, həm də keçmişimizə olan dəyərin göstərcisidir”. Mərkəzdən o da qeyd edilib ki, dövlət başçısının bu məqsədlə imzaladığı sərəncamın mühüm əhəmiyyət kəsb edən tərəfi ondan ibarətdir ki, sərəncam yalnız müharibə iştirakçılarını əhatə etmir:
“Eyni zamanda İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına da şamil edilir ki, bu da kifayət qədər geniş kütləni əhatə edir".
Natiq