Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin istənilən təxribatı onlar üçün acı sonluqla nəticələnər -ÖZƏL

Ermənilərin istənilən təxribatı onlar üçün acı sonluqla nəticələnər


"Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsi quraşdırmasına qarşı ermənilərin hər hansı bir təxribat törətməsi gözləniləndir. Çünki əli hər yerdən üzülən Qarabağ separatçıları Azərbaycana hansısa formada zərər vurmaq üçün belə bir iyrənc metoda əl ata bilərlər".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, separatçılar Birləşmiş Ştatlar və Fransanın nəzarət buraxılış məntəqəsinin yaradılmasından dolayı Azərbaycana ciddi təzyiq göstərəcəyi ümidində idilər:

"Lakin ümidlər doğrulmadı və Vaşinqtonla Paris quru bəyanat verməklə erməniləri sakitləşdirməyə çalışdılar. Əslində başqa cür də ola bilməzdi. Çünki Azərbaycan öz əraziləri daxilində istənilən addımı atmaqda sərbəstdir və bu bizim hüquqi haqqımızdır. Buna görə heç kim bizə nə irad bildirə, nə də təzyiq göstərə bilər".

Arzuman Muradlı hesab edir ki, Qarabağdakı erməni separatçıları yenidən təxribata əl atsalar, bu onlar üçün yaxşı nəticələnməyər və sonun başlanğıcı olar.

Mehman
Xəbəri paylaş