Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Bolqarıstana səfəri Avropa İttifaqı ilə tərəfdaşlıq istiqamətində önəmli addımlardandır -ÖZƏL

Prezidentin Bolqarıstana səfəri Avropa İttifaqı ilə tərəfdaşlıq istiqamətində önəmli addımlardandır


"Şərqi Avropa ölkələri Azərbaycanın enerji resurslarının Qərbə çıxışı baxımından önəmli bölgədir".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Azərbaycan Prezidentinin Bolqarıstana səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı davamlı şəkildə bu bölgə dövlətləri ilə yaxın əlaqələr qurmuş və tərəfdaşlığı genişləndirmişdir:

"Ötən il Gürcüstan, Macarıstan və Rumıniya dövlət başçılarının iştirakı ilə Azərbaycan Prezidenti elə həmən bu Şərqi Avropa dövlətlərinin birində yaşıl enerjinin nəqli ilə bağlı saziş imzaladı. Avropa İttifaqı da bu prosesdə Azərbaycanın yürütdüyü strategiyaya dəstək verir. Hesab edirəm ki, cənab Prezidentin Bolqarıstana gerçəkləşən səfəri də Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı və enerji təhlükəsizliyi istiqamətində atdığı önəmli addımlardandır".

Vüqar Əhmədov bildirib ki, Şərqi Avropa dövlətləri, o cümlədən Aİ Azərbaycanın bu prosesdəki iştirakına xüsusi önəm verir:

"Çünki bu gün Azərbaycanın cızdığı enerji xəritəsi ölkə başçısının vurğuladığı kimi çox böyük bir coğrafiyanı əhatə edir və yenidən daha geniş şəkildə Avrasiya məkanını əhatə etməklə formalaşır".

Mehman
Xəbəri paylaş