Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi Bakının yürütdüyü siyasət onu Avropa məkanında oyunçuya çevirir -ÖZƏL

Rəsmi Bakının yürütdüyü siyasət onu Avropa məkanında oyunçuya çevirir


Azərbaycanın Cənubi Qafqazda tutduğu mövqe, zəngin enerji resursları ölkəmizə Avropada olan marağı gündən-günə artırır. Elə son zamanlar Azərbaycan dövlət başçısının Avropa ölkələrinə səfərə dəvət edilməsi də bu maraqdan irəli gəlir. İndi əksər Avropa ölkələri Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı kimi görmək istəyir. Bu sırada Bolqarıstan da var. Elə politoloq Yusif Bağırzadə də belə deyir.

O Newscenter.az-a bildirib ki, prezident İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin təsdiqidir:

"Məlumdur ki, Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi ilə yeni mərhələyə keçib. Bu interkonnektor Avropa İttifaqının Rusiya qazından asılılığını aradan qaldırılmasında mühüm rol oynayır. Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycan qaz ixracı bazarı Balkan regionunda daha da genişlənir. Qaz interkonnektoru təkcə enerji layihəsi deyil, bu, regiondakı geosiyasi oyunları dəyişdirir və təhlükəsizlik üçün bir sıra çağırışlar ortaya qoyur".

Yusif Bağırzadə deyib ki, Azərbaycan da həmin təhlükəsizlik arxitekturasında yer alır:

"Deməli, rəsmi Bakının yürütdüyü siyasət onu Avropa məkanında oyunçuya çevirir. Açığını demək lazımdır ki, Azərbaycanın qaz ixrac etdiyi ölkələr məhz bizim ölkənin yardımı sayəsində müasir çağırışlara davam gətirə bildilər".

Mehman
Xəbəri paylaş