Rusiya Müdafiə Nazirliyi Belarus əsgərlərinə “İskəndər-M” yüksək dəqiqlikli raket sistemləri üzrə təlimlər keçir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, təlimlər Rusiyanın Cənub Hərbi Dairəsinə aid poliqonda təşkil olunur. Təlimlərdə belaruslu əsgərlər raket sisteminin yerləşdirilməsi və raketlərin atılması ilə bağlı bacarıqlarını inkişaf etdirirlər.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 4-də verdiyi açıqlamada "İsgəndər-M" yüksək dəqiqlikli raket sistemlərinin Belarus Silahlı Qüvvələrinə təhvil verildiyini demişdi.
Mehman