Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır qəza, məktəbli avtobusu TIR-la toqquşdu -ÖZƏL

Türkiyədə ağır qəza, məktəbli avtobusu TIR-la toqquşdu


Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Bursanın Nilüfer rayonunda olub.

Belə ki, ağır tonnajlı maşının yük maşını ilə məktəbli avtobusu toqquşub. Qəza nəticəsində 22-si tələbə olmaqla 23 nəfər yaralanıb. Toqquşmanın təsirindən məktəbli avtobusu yol kənarına aşıb.

Qəzadan sonra hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və 112 Təcili Xidmət qrupu göndərilib.

Mehman
Xəbəri paylaş