Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaxtı ilə özləri, indi də övladları Azərbaycana xəyanət yolunu tutublar -ÖZƏL

Vaxtı ilə özləri, indi də övladları Azərbaycana xəyanət yolunu tutublar


"Vaxtı ilə özləri, indi də övladları Azərbaycana xəyanət yolunu tutublar. Bu da bir daha onu deməyə əsas verir ki, radikal müxalifət düşərgəsinin qanı xəyanətlə yoğrulub".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun Müsavat Partiyasının lideri İsa Qəmbərin oğlu İlkin Qəmbərin erməni tarixini vəsf edən və "Böyük Ermənistan" ideyasının təbliğinə həsr rolunan filminə münasibətdə əksini tapıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, əslində İlkin Qəmbərdən tamam başqa bir münasibət də gözləmək yersizdir:

"Çünki İlkin Qəmbər ağlı kəsəndən ancaq atasının Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyinə xəyanət yolu tutduğunu görüb. Həmçinin, atasının erməni maraqlarına xidmət edən, açıqlamaları erməni saytlarının manşetində yer alan siyasilərlə eyni cərgədə, ittifaqda təmsil olunduğunu müşahidə edib. Ona görə də İlkin Qəmbərdə də Azərbaycan dövlətinə nifrət, ermənilərə sevgi hissi formalaşıb".

Analitik Qrup hesab edir ki, özü tarixçi olan İsa Qəmbərin övladını Azərbaycan tarixi, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri deportasiya və soyqırım suyasəti barədə məlumatlandırmaması da bir başqa mövzudur və İsa Qəmbərin övladını düzgün tərbiyə edə bilmədiyinin göstəricisidir:

"Əsli-nəsli Qarabağ torpağından olan bir şəxsin bu cür addım atması onu deməyə əsas verir ki, həmin filmin çəkilişi və ssenarisi erməni iş adamları tərəfindən verilib və burada erməni maliyyəsi əsas rol oynayıb".

Mehman
Xəbəri paylaş