Daşkənd-İstanbul reysi ilə hərəkət edən Özbəkistan Hava Yollarına məxsus təyyarədə qeyri-adi hadisə baş verib.
Newscenter.az-ın "Haber Global"a istinadən verdiyi xəbərə görə, 27 yaşlı Qırğızıstan vətəndaşı təyyarədə uşaq dünyaya gətirib.
Belə ki, təyyarə Türkiyə Hava Məkanına daxil olduqdan sonra 27 yaşlı Abdumanapova Sitora adlı Qırğızıstan vətəndaşının doğuş sancıları artıb. Daha sonra təyyarənin kapitanı göyərtəsində həkim olub-olmaması ilə bağlı müraciət edib. 27 yaşlı Sitora təyyarədə uyğun əraziyə aparılıb və doğuşa hazırlıq həyata keçirilib. Kabin heyətinin köməyi ilə həyata keçirilən doğuşda oğlan uşağı dünyaya gəlib. Təyyarə İstanbul hava limanına enən anda ana və yeni dünyaya gətirdiyi 28 həftəlik körpəsi təcili yardımla xəstəxanaya aparılıb.
Mehman