Adnan Oktar şəbəkəsinin üzvlərinə qarşı Türkiyədə yeni əməliyyat keçirilib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun 3 bölgədə keçirdiyi əməliyyat nəticəsində Adnan Oktar şəbəkəsinin axtarışda olan daha 8 üzvü saxlanılıb.
Aparılan araşdırmalarda qurumun nəzarətində olan saxta hesablar vasitəsilə sosial media platformalarında sistematik təbliğat və dezinformasiya xarakterli məzmunların paylaşıldığı müəyyən edilib və bu paylaşımlarda dövlət məmurlarının işini ləkələyən açıqlamalar verildiyi müəyyən olunub
Mehman