Birləşmiş Ştatlarda Ağ Evə rəhbərlik etmək istəyində olanların sayı getdikcə artır.
Newscenter.az "Haber Global"a istinadən bildirir ki, Arkanzas ştatının keçmiş qubernatoru, 72 yaşlı Asa Hatçinson da 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.
Bentonvil şəhərində ictimaiyyət qarşısında çıxış edən Hatçinson "Bu gün mən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm" deyə bəyn edib. O. Bayden administrasiyasının iqtisadiyyat, cinayət və sərhəd təhlükəsizliyi kimi məsələlərdə tənqid edib.
Mehman