Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son sutkada 68 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda son sutkada 68 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 68 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 49 nəfər isə sağalıb, 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 267 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 811 nəfər müalicə olunaraq sağalıb, hazırda 221 aktiv xəstə var. Bu günə qədər 10 235 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 437, bu günə qədər isə ümumilikdə 7 587 257 test icra olunub.

Sevinc
Xəbəri paylaş