"Prezident İlham Əliyevin həyata keçirdiy xarici siyasət kursu ölkəmizi dünya birliyinin etibarlı və məsuliyyətli tərəfdaşına çevrib".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Alıkişiyev xüsusilə Avropa məkanında Azərbaycana diqqətin, marağın artdığını deyib. Hakim partiya təmsilçisi Azərbaycan prezidentinin bu günlərdə baş tutan Bolqarıstan səfəri fonunda bunun aydın göründüyünü söyləyib:
"Xüsusilə də, xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanını Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir, ölkəmizlə sıx münasibətlər qurmaq istəyən ölkələrin sayının artması da deyilənlərin təsdiqidir".
Gündüz Alıkişiyev deyib ki,Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində atılan mühüm addımların, imzalanan müqavilələrin mərkəzində məhz Azərbaycan dayanır.
Mehman