Hollandiyanın “Fortuna Sittard” klubunda çıxış edən təcrübəli hücumçu Burak Yılmaz futbolla vidalaşdıqdan sonra məşqçi kimi Super Liqaya qayıtmaq istədiyini bildirib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasaray" forması ilə Super Liqada mübarizə aparan Burak Yılmaz gələn yay karyerasını bitirmək qərarına gələ biləcəyini və məşqçilik üçün hazırlıq prosesinə başladığını bildirib.
37 yaşlı hücumçu indidən məşqçilik prosesinə uyğunlaşacağını və növbəti müddətdə məşqçi kimi Super Liqaya qayıdacağını deyib. Bu mövsüm Fortuna Sittardda 27 oyun keçirən Burak Yılmaz 9 qol və 5 məhsuldar ötürmə ilə xüsusi töhfə verib.
Oruc