Müsavat Partiyasının lideri İsa Qəmbərin oğlu İlkin Qəmbərin qondarma erməni soyqırımı ilə bağlı status paylaşması, eyni zamanda erməni dövlətinin tarixindən, "Böyük Ermənistan" ideyasının təbliğindən bəhs edən film hazırlaması Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb. Əksəriyyət birmənalı olaraq Müsavat başqanının liderinin oğlunu qınayıb, onun bu addımını Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinə xəyanət kimi qiymətləndirib.
Elə BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Azər Qasımov deyib ki, dövləti satmaq müxalifətçilik deyil:
"Hamı bu dövlətin vətəndaşıdır. Dövlət çökəndə onun altında korrupsionerlə yanaşı, hamı qalacaq. Dövlətin dövlət olması üçün dövləti zərbə altında qoymurlar. Müxalifət ediləcək və edilməyəcək işlər var".
BAXCP rəsmisi deyib ki, hakimiyyəti sevməyə bilərsən, amma dövləti sevməyə borclusan.
Anar