İsveçin xarici işlər naziri Tobias Billström ölkəsində PKK/YPG-nin geniş fəaliyyət göstərdiyini etiraf edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, isveçli nazir bunu "Dahens Nyheter" qəzetinə müsahibəsində deyib.
XİN rəhbəri İsveçin terror təşkilatı PKK/YPG ilə mübarizədə Türkiyə qarşısında öhdəliklərinin olduğunu da ifadə edib.
Tobias Billström "Terror təşkilatı PKK-nın İsveçdə daha əvvəl məlum olmayan səbəblərdən geniş fəaliyyətləri olub. Bu səbəbdən Türkiyə də İsveçin NATO üzvlüyünü dəstəkləmir. Bu problemi yoluna qoymaq üçün Türkiyə qarşısında öhdəliklərimiz var" deyərək PKK-nın İsveç ərazisində terror fəaliyyəti ilə yanaşı narkotik ticarəti ilə də məşğul olduğunu vurğulayıb.
Mehman