Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbdə yaşayan müxalif partiya nümayəndələrinin övladlarının bir çoxu erməni diasporunun təsirinə düşürlər -ÖZƏL

Qərbdə yaşayan müxalif partiya nümayəndələrinin övladlarının bir çoxu erməni diasporunun təsirinə düşürlər


"Qərbdə yaşayan müxalif partiya nümayəndələrinin övladlarının bir çoxu təəssüf ki, elə həmən Qərbin siyasi dairələrində fəal olan qüvvələrin və erməni diasporunun təsirinə düşürlər".

Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Vüqar Əhmədov deyib ki, erməni diasporunu və erməniləri müdafiə edən layihələrə, xüsusən film çəkilişlərinə Qərb fondları geniş maliyyə ayırır və dəstək olur:

"Lakin indiki məqamda, Ermənistanda iki ölkə arasında nifrəti gücləndirən hərəkətlər olduğu bir dövrdə uydurma erməni soyqırımı ilə bağlı film çəkmək bu həm ölkəmizin milli maraqlarına, həm də iki ölkə arasında normallaşmaya mane törədən amillərdir. Bu insanlar sülhə töhfə vermək əvəzinə əksinə, belə addımlarla gərginliyi daha da artırır və ermənilərə dünyada bizə qarşı təbliğat aparmaq və qarşıdurmanı daha da gücləndirmək üçün əlavə bəhanə verirlər".

Vüqar Əhmədov qeyd edib ki, hakimiyyətə müxalifətdə olmaq millətini torpaqlarından didərgin salan və soyqırım törədən bir toplumu müdafiə etməyə heç cür bəraət qazandıra bilməz:

"Ələxsus İsa Qəmbərin oğlu özü də Qarabağ zonasındandır. Öz soykökü və millətini gözünün qabağına gətirsin, ayıbdır!".

Anar
Xəbəri paylaş