Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı səfirliyində çalışan 10 diplomatın “persona non-qrata” elan edilməsinə dair qərar verib.
Newscenter.az nazirliyə istinadən bildidir ki, rəsmi Moskvanın bu qərarı Norveçin 15 rus diplomatını “persona non qrata” elan etməsinə qarşı olan bir cavabdır.
Qeyd edək ki, məsələ ilə bağlı Norveçin Rusiyadakı səfiri Robert Kvilen Rusiya XİN-ə çağırılıb və ona Rusiyanın rəsmi mövqeyi çatdırılıb.
Mehman