Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Laçın yolunun başlanğıcında qurulan sərhəd buraxılış məntəqəsindən niyə narahatdır? -ÖZƏL

Rusiya Laçın yolunun başlanğıcında qurulan sərhəd buraxılış məntəqəsindən niyə narahatdır?


Bir neçə gün əvvəl Xankəndi-Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət buraxılış məntəqəsiu quraşdırması nədənsə ermənilərlə yanaşı, üçüncü tərəfi, yəni ayrı-ayrı dövlətləri də narahat etməyə başlayıb. Birləşmiş Ştatlar Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyinin ardınca Rusiya da sözügedən buraxılış məntəqəsi ilə bağlı narahatçılıq ifadə edib.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi ABŞ Dövlət Departamenti, Fransa XİN ilə yanaşı, Rusiyanın Laçında nəzarət buraxılış məntəqəsi qurmağımıza etiraz etmıəsini absurd hesab edib. O bildirib ki, Laçın yolunun başlanğıcında qurduğumuz sərhəd buraxılış məntəqəsindən sonra, Ermənistan qədər elə Rusiya da narahat olmağa başlayıb:

"Hansı ki, hər dəfə Qarabağ məsələsində Azərbaycanın atdığı hər hansı bir addımın ardınca, Rusiya öz bəyanatlarında ölkəmizin üçtərəfli anlaşmanın şərtlərini icra etmədiyini iddia edir. Hansıki bu məsələdə, ən çox üçtərəfli anlaşmadan irəli gələn öhdəlikləri yerinə yetirmə istiqamətində müqaviləni pozan və Ermənistan tərəfini də separatçı addımlar atmağa alışdıran elə Rusiya özü olub. Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxarılmaması, əksinə daha da bunun genişləndirilməsi prosesi, məhz Rusiya sülhməramlı qüvvələrinin səyi və zəhməti nəticəsində baş verib".

Ekspert bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kimi, üçtərəfli anlaşmadan irəli gələn müddəalar da sadəcə kağız üzərində qaldı:

"Bu səbəbdən hər iki halda, ikili standartlardan güc alan Ermənistanın qeyri-qanuni hərəkətlərinə cavab olaraq, Azərbaycan ordusu hərəkətə gətirildi və separatçı Ermənistana yeri göstərildi. Hazırda ölkəmizin bütün sərhədlərində olduğu kimi, uzun illərdir işğal altında qalan Laçın yolunun başlanğıcında sərhəd buraxılış məntəqəmiz fəaliyyət göstərir. Bu yaxın vaxtlarda sabitlik və inkişaf perspektivlərinin həyata keçirilməsinə daha çox imkan verəcəkdir. Azərbaycan ordusu tam məsuliyyətlə təhlükəsizlik məsələlərinin öhdəsindən gəlir və ölkəmizin bütün texniki məsələləri də yaxın zamanlarda həyata keçirəcəyinə inanırıq. Bu arada Rusiya sülhməramlı qüvvələrinin də qurduğumuz sərhəd keçid məntəqəsində iştirak etməsi yönündə rəsmi Moskva və Bakı arasında danışıqlar aparılır. Azərbaycan sərhədçiləri ilə birlikdə fəaliyyət göstərmələri istənilir və böyük ehtimalla danışıqlar müsbət şəkildə öz həllini tapacaq. Bu da separatçı rejimin zamanla tərkisilah edilməsi istiqamətində zəruri addım hesab edilə bilər".

Anar
Xəbəri paylaş