"Rusiyanın Laçında sərhəd məntəqəsində durmaq istəyəcəyi əvvəlcədən aydın idi. Hətta bu istək kimi deyilsə də, artıq Laçındakı keçid məntəqəsinin düz yanında Azərbaycan tərəfinin təşkil etdiyi düşərgədən iki dəfə böyük düşərgə yaradıb. Hesab edirəm ki, hələlik qarşılıqlı fəaliyyətsiz ötüşməyəcək. Rusiya sülhməramlıları da Azərbaycanın sərhəd xidməti ilə birlikdə fəaliyyət göstərəcək".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Rusiya sülhməramlılarının Laçındakı nəzarət buraxılış məntəqəsində Azərbaycan sərhədçiləri ilə birlikdə dayanma istəyinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Rusiyadan bu tezliklə qurtulmaq mümkün olmayacaq:
"Bir az da hadisələri idarə etmək lazımdır. Birlikdə də olsa sərhəd xidməti mütləq fəaliyyət göstərməlidir".
Azər Qasımov onu da deyib ki, pozuculuq addımlarını Rusiya tərəfindən hər an gözləmək lazımdır:
"Xüsusilə də, sülhməramlıların müddətinin başa çatmasına qalan vaxt azaldıqca. Odur ki, diqqətli və ehtiyatlı olmalıyıq".
Mehman