Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlıların yeni komandanı separatçılarla görüşdü

Sülhməramlıların yeni komandanı separatçılarla görüşdü


Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qoşunlarının yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov separatçı tör-töküntülərin rəhbəri Araik Arutyunyanla görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə, erməni mətbuatı məlumat yayıb. Görüşdə iştirak edən separatçıların nümayəndəsi Tiqran Petrosyanın sözlərinə görə, Lentsov görüş zamanı onları əmin edib ki, hazırda yolun açılmasına çalışır.

Məlumat üçün qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsovun arvadı milliyətçə ermənidir. Lentsov özü isə 1990-cı ildə SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya, Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib.

Mehman
Xəbəri paylaş