Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə açıq və qapalı ənənəvi bazarlar

Türkiyədə açıq və qapalı ənənəvi bazarlar


Türkiyənin demək olar ki, hər şəhərində ənənəvi açıq və qapalı bazarlar qurulur.

Newscenter.az-ın xəbərinə görə, Türkiyənin demək olar ki, hər şəhərində açıq və qapalı ənənəvi bazarlar qurulur. Bu bazarlarda siz təzə və ya qurudulmuş meyvə-tərəvəz, yerli pendir və qatıq dada və ala bilərsiniz. Həmçinin ətrafdakı qonaqpərvər satıcılarla tanış ola bilərsiniz.

Ölkə üzrə yüzlərlə yerli bazardan yalnız bəziləri aşağıda sadalanıb:

Ayvalık, Balıkesir

Əhəmiyyətli sahil qəsəbəsi olan Ayvalıkda hər cümə axşamı qurulan bazarda Egeyin bənzərsiz tərəvəz və meyvələri nümayiş etdirilir. Burada siz ənənəvi və yerli istehsalçıların büdcəsinə töhfə verərək, həm də yerli əhali kimi alış-veriş edib nahar edə bilərsiniz – bu ətraf-mühiti qoruyan səyahətçinin arzusudur!

Sığacık, İzmir

Seferihisarın Egey dənizi sahilində yerləşən kiçik Sığacık qəsəbəsi Türkiyənin ilk Sakit Kəndi (Cittaslow) olub. Hər bazar günü qurulan Sığacık Yerli İstehsalçı Bazarı yerli dəyərləri ilə ölkə miqyasında şöhrət qazanır və populyar nüfuzuna baxmayaraq orijinallığını qorumağı bacarır. Meyvə-tərəvəz, mürəbbə və əl işləri satan satıcılar arasında çoxlu qadın satıcılara və kiçik sahibkar xanımların əl işlərinə rast gələcəksiniz.

Cumalıkızık, Bursa

Bir vaxtlar Osmanlı İmperatorluğunun paytaxtı olmuş və UNESCO-nun Dünya İrs Siyahısına düşən Cumalıkızıkda həftənin hər günü açıq olan dəzgahlar kənd meydanında ənənəvi istehsalla məşğul olan qadınlar tərəfindən qurulur. Orijinal türk təcrübəsi yaşamaq üçün dəzgahlar arasında gəzintiyə çıxa bilərsiniz!

Tire, İzmir

Türkiyənin ən əhəmiyyətli ənənəvi kənd təsərrüfatı istehsal mərkəzlərindən biri olan Tire rayonu bazarı ilə məşhurdur. Burada sənətkarlıq məhsulları, zeytun yağları, tərəvəz və meyvə çeşidləri, mətbəx əşyaları tapa bilərsiniz. Hər həftənin çərşənbə axşamı qurulan bazara baş çəksəniz mütləq məşhur Tire küftəsini və əfsanəvi qara tutlu və kəsmikli deserti dadmalısınız. Bir sözlə ifadə etsək – çox ləzzətlidir.

Ekoloji bazarlar

2006-cı ildən Türkiyədə fəaliyyət göstərən orqanik bazarlar ekoloji və mədəni dayanıqlılığa töhfə verməklə yanaşı, minlərlə insanın üzvi qidaya çıxışını da təmin edir. Buğda Dərnəyinin “100% Ekoloji Bazarlar” layihəsi çərçivəsində fəaliyyət göstərən bazarlar İstanbulda Bakırköy və Şişlidə, Kayseridə isə İzmit, Kartal və Kocasinanda qurulur.

Yer kürəsi bazarları

Slow Food Bioloji Müxtəliflik Vəqfi tərəfindən yaxşı, təmiz və ədalətli qidaya daha sağlam çıxış təmin etmək məqsədi ilə açılan beynəlxalq Yer kürəsi Bazarı şəbəkəsində Türkiyədən dörd bazar var: Tarsus, Şile, Gökçeada və Foça.

Türkiyədəki Yeryüzu Bazarıları iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmağa, toxum köklərini qorumağa, üzvi kənd təsərrüfatını təşviq etməyə və qastronomik təchizat zəncirini gücləndirməyə kömək edir.

Slow Food

Türkiyədəki Slow Food hərəkatı insanları tamamilə yerli inqrediyentlərlə yemək hazırlamağa və eləcə də yemək hazırlamağa vaxt ayırmağa təşviq edir. Eyni zamanda sürətli istehlak nəticəsində getdikcə daha çox məhv edilən mədəniyyətləri və irsi qorumaq məqsədi daşıyır. Seçdiyimiz yeməyin necə yetişdirilməsinə, istehsalına və paylanmasına kollektiv şəkildə təsir edərək dünyanı birlikdə dəyişə bilərik!

Mehman
Xəbəri paylaş