Ermənistanın paytaxtı İrəvanda terror təşkilatı olan "Nemesis"ə abidə ucaldılması Türkiyədə də kəskin etirazla qarşılanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda Xarici İşlər Nazirliyi Yerevanda “Nemesis abidəsi”nin açılışını qətiyyətlə pisləyir.
“Bu biabırçı abidənin açılışı 31 diplomatımız və onların ailə üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən dəhşətli terror aktlarının tərənnümüdür” deyə - bəyanatda deyilir.
Türkiyə XİN-in qənaətincə, bu hadisə onu göstərir ki, erməni mətbuatında bəzilərinin beynində tarixin təhrif olunmuş şərhi hələ də davam edir.
Mehman