Ukraynanın Xerson vilayətində snayperçilərin pusqusuna düşən ukraynalı jurnalist Boqdan Bitik qətlə yetirilib. Bundan başqa İtaliyanın məşhur "La Repubblica-nın müxbiri Korrado Zunino isə yaralanıb.
Newscenter.az BBC Türkiyəyə istinadən xəbər verir ki, qətlə yetirilən Boqdan Bitik də İtaliyanın “La Repubblica” qəzetində çalışır.
Hadisə Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında Rusiya-Ukrayna qüvvələrinin atışması zamanı baş verib.
"La Repubblica" nəşri hər iki jurnlaistin Xerson bölgəsində rus snayperçiləri tərəfindən hədəfə alındığını bəyanlayıb. Ərazidə aktiv döyüş əməliyyatları getdiyindən Bitikin cəsədini çıxarmaq mümkün olmayıb.
Mehman